"Həmişə güclü insan olmağa çalışmışam. Başqa insanların fikirlərinə əhəmiyyət verməməyə çalışıram. Amma son dövrlərdə yaşadıqlarım tamamilə fərqlidir"

İngiltərədə futbol üzrə milli komandanın Aç-2020-nin finalında İtaliyaya məğlubiyyəti hələ də unudulmayıb. Matc.az xəbər verir ki, qitə birinciliyində yığmanın heyətində yer alan futbolçular və onların ailə üzvlərinə qarşı təhdidlər davam edir.

Belə təhdidlərlə üzləşənlərdən biri də yarımmüdafiəçi Cek Qrilişin sevgilisi Saşa Ettvuddu. Tanınmış model Aç-2020-dən sonra azı 200 ölüm təhdidi aldığını bəyan edib. 25 yaşlı Saşa, bu təhdidlərin daha çox "TikTok" və "Instagram"dakı trollardan gəldiyini bildirib.

Model, "Youtube" hesabındakı açıqlamasında bunları söyləyib:

"ümid edirəm, xərçəng xəstəsi olarsan və ölərsən", "ümid edirəm, bütün ailən ölər", "ümid edirəm, avtomobilinlə növbəti səfərində qəzada ölərsən" tipli çoxsaylı mesajlar alıram. Həmişə güclü insan olmağa çalışmışam. Başqa insanların fikirlərinə əhəmiyyət verməməyə çalışıram. Amma son dövrlərdə yaşadıqlarım tamamilə fərqlidir".

Qeyd edək ki, "Uembli"də baş tutan Aç-nin finalında İtaliya penaltilərlə çempion olmuşdu (1:1, penaltilər 3:2). Elə həmin gündən etibarən İngiltərə yığmasının heyətində penaltiləri qaçıran Markus Reşford, Ceydon Sanço və Bukayo Sakaya qarşı irqçi şüarlar səsləndirilməyə başladı. Amma millinin digər üzvləri də qəzəbli fanatların müxtəlif təzyiqləri ilə üzləşməkdədir.

Cek Qriliş bir neçə gün öncə 100 milyon funt-sterlinq qarşılığında "Aston Villa"dan "Mançester Siti"yə transfer olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest