Futbol üzrə Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "İnqolştadt"la qarşılaşıb. üç qolun qeydə alındığı oyun Aue təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2. Nəticədə, futbolçumuzun komandası kubokla erkən vidalaşıb.
 
Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest