"Barselona"dan ayrılan Lionel Messinin yeni klubu rəsmən müəyyənləşib. Matc.az xəbər verir ki, argentinalı futbolçu Fransanın PSJ komandasına keçib.
 
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı forvard yeni klubu ilə 2+1 illik sözləşməyə imza atıb. Ulduz futbolçu yeni komandasında "30" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edirdi. Bu müddət ərzində 778 matça çıxan forvard, 672 qola imza atmışdı. Argentina millisinin də üzvü olan futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest