Müdafiəçi Tolaji Bola İngiltərənin "Arsenal" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu "Roterhem Yunayted" klubuna transfer olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
 
Bola "Arsenal"ın öz yetirməsidir. O, 13 il idi London klubunun formasını geyinirdi. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, ötən mövsümü icarə əsasında "Roçdeyl" klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest