Moldovanın "Şerif" komandasının sabiq baş məşqçisi Luka Pavloviç Azərbaycandan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis Moldova mətbuatına açıqlamasında deyib. O, "Şerif"dən ayrıldıqdan sonra Azərbaycanın U-18 yığmasını çalışdırmaq variantının olduğunu deyib:
 
"Azərbaycanın U-18 millisinin baş məşqçisi ola bilərdim, ancaq alınmadı. Bir ay işsiz qaldım. Sonra Rusiyanın "Baltika" komandası ilə razılaşdım. Kalininqrad haqda xoş şeylər eşitmişdim və bu klubla tez anlaşdım".
 
Pavloviç 2018/19 mövsümündə "Şerif"də baş məşqçilik edib. O, 2019-cu ilin sentyabrından "Baltika" klubunun akademiyasında çalışır.
 
Hazırda Azərbaycanın U-18 millisini Miloş Velebit çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest