İspaniyanın "Vilyarreal" komandasının baş məşqçisi Unay Emeri UEFA Super Kubokunda "çelsi"yə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, tarix yazmaq istədiklərini deyib:
 
"UEFA Super Kubokunu qazanmaq istəyirəm. Daha əvvəl bu titulu qazanmamışam. 2014 və 2015-ci ildə "Sevilya" ilə superkubok matçına çıxmışam və hər ikisində uduzmuşam. Bu dəfə qazanmaq möhtəşəm olardı.
 
Yeni mövsümə inanılmaz uğurla başlaya, tarix yaza bilərik. Avropa çempionu olan "çelsi" kimi bir komanda qarşısında nələrə qadir olduğumuzu göstərəcəyik. "çelsi" dünyanın ən yaxşı komandalarından biridir".
 
Bu gün keçiriləcək "çelsi" – "Vilyarreal" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest