11 Avqust 2021, 22:15
DÖYÜŞ NÖVLƏRİ
Rusiyanın Orenburq şəhərində kişi və qadın cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hakim də beynəlxalq turnirin ədalət təmsilçiləri arasında yer alıb.
Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov Orenburq şəhərində keçirilən Avropa kuboku yarışını idarə edib.
Qitə kuboku turnirində 14 ölkədən 198 cüdoqi ustası qüvvəsini sınayıb. Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iki medal qazanıblar. Nurlan Osmanov (-73 kq) gümüş, İmran Yusifov (+100 kq) bürünc medala sahib olub.