"Qarabağ" bu gün Konfrans Liqasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində AEL (Kipr) ilə cavab görüşünü keçirib.

Qurban Qurbanovun çalışdırdığı komanda səfərdə baş tutan ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılmışdı. Azərbaycan klubu cavab görüşündə minimal hesabla qalib gəlməklə pley-offa çıxıb.

Qeyd edək ki, "Qarabağ" pley-offda "Aberdin" (Şotlandiya) – "Breydablik" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk matçda şotlandlar 3:2 hesablı qələbə qazanıb.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

"Qarabağ" (Azərbaycan) – AEL (Kipr) 1:0
Qol: K.Malinovski, 87.
Baş hakim: Kristo Tohver (Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:1.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Samora, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
AEL: 1. Vozinya, 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest