Azərbaycan çempionu "Neftçi" bu gün Avropa Liqasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, paytaxt klubu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə cavab oyununu keçirib.

Bakıda baş tutan ilk oyunda qalib müəyyənləşmmişdi – 2:2. Helsinkidə keçirilən cavab görüşündə Samir Abasovun yetirmələrinə pley-offa adlamaq üçün mütləq qələbə lazım idi. Amma qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, bu cütün qalibi – HJK Avropa Liqasının pley-offunda Türkiyə "Fənərbaxça"sı ilə görüşəcək. Məğlub komanda – "Neftçi" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) – "HB Torshavn" (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust

HJK (Finlandiya) – "Neftçi" (Azərbaycan) 3:0
Qol: Riku Riski, 47; 60-pen. Roope Riski, 90.
Baş hakim: Dəniz Aytekin (Almaniya).
Helsinki Futbol Stadionu.
İlk oyun – 2:2.

HJK: 12. Yakob Tannander, 3. Yanne Saksela, 5. Daniel O`Şonessi (k), 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. David Braun, 27. Filip Valençiç.
Ehtiyat oyunçular: 31. Keto, 79. Matias Niemela, 9. Riku Riski, 14. Sebastian Dalström, 20. Tim Sparv, 22. Kevin Kuassivi-Benissan, 29. Antoni Olusanya, 47. Matti Peltola.
Baş məşqçi: Toni Koskela.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 26. ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest