İtaliyanın "Sassuolo" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliyanın "Qremio" klubunun müdafiəçisi Tressoldi Netto Ruan ilə yarımmüdafiəçi De Souza Matues Enrikeni heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu icarəyə götürülüb. Tressoldi Netto Ruan 2021-ci ilin 31 dekabrına qədər "Sassuolo"da çıxış edəcək. De Souza Mateus Enrike isə mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest