Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Eldar bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Rüstəm isə 57-ci dəqiqədə meydana buraxılıb.
 
üç turdan sonra 3 xalı olan "Minay" 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest