İngiltərənin "çelsi" və İspaniyanın "Vilyarreal" komandaları arasında keçirilən UEFA Super Kuboku matçının ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, bu, "Vilyarreal"ın hücumçusu Jerar Morenodur. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
"çelsi" – "Vilyarreal" matçının əsas və əlavə vaxtı 1:1 hesabıyla bitib. İspanların qolunu məhz Moreno vurub. Penaltilər seriyasında daha dəqiq olan "çelsi" Super Kubokun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest