Türkiyənin "Qalatasaray" klubu Şotlandiya səfərində "Sent-Conston" komandasının qonağı olub. "Sarı-qırmızı"lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.

Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 qarşılaşma baş tutub.

Azərbaycanın bu turnirdəki təmsilçisi "Neftçi" səfərdə Finlandiyanın HJK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HJK pley-offda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşmaq hüququ əldə edib.

Türkiyənin "Qalatasaray" klubu Şotlandiya səfərində "Sent-Conston" komandasının qonağı olub. "Sarı-qırmızı"lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, Kiprin "Omoniya" və Slovakiyanın "Slovan" komandaları pley-offa vəsiqəni daha öncə təmin etmişdi.

Avropa Liqası
III mərhələnin cavab oyunları
10 avqust

Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1

Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1

12 avqust

Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0

HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2

Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3

Jalgiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0

Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1

Seltik (Şotlandiya) – Yablonets (çexiya) 3:0
İlk oyun – 4:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest