Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib. Matc.az xəbər verir ki, "Neftçi"ni mübarizədən kənarlaşdıran HJK, pley-offda "Fənərbaxça" ilə qarşılaşacaq.
 
Türkiyənin digər təmsilçisi "Qalatasaray"ın pley-offdakı rəqibi isə Danimarka "Randers"i olacaq.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşa "Legiya"sı da bu turnirin pley-offunda Praqa "Slaviya"sı ilə üz-üzə gələcək.
 
Pley-offun ilk oyunları avqustun 17-də və 19-da, cavab görüşləri isə ayın 26-da keçiriləcək.
 
Avropa Liqası
Pley-off mərhələsi
 
Srvena Zvezda (Serbiya) – çFR Kluj (Rumıniya)
 
Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
 
Seltik (Şotlandiya) – Alkmaar (Niderland)
 
Rapid (Avstriya) – Zarya (Ukrayna)
 
Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya)
 
Mura (Sloveniya) – Şturm Qraz (Avstriya)
 
Omoniya (Kipr) – Antverpen (Belçika)
 
Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
 
Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan)
 
Slaviya (Praqa, çexiya) – Legiya (Polşa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest