Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son klubu "Breşiya" olan Birkir Byarnasonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Byarnason İslandiya milli komandasında 98 oyunda 14 qol vurub. O, İtaliyada "Breşiya", "Peskara", "Sampdoriya", İngiltərədə "Aston Villa", İsveçrədə "Bazel" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest