"Neftçi" və "Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarını idarə edəcək hakimlər bəlli olub. Matc.az xəbər verir ki, Bakı təmsilçisinin İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqasasına tapşırılıb. Görüşün referisi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Petreski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək. Avqustun 26-da keçiriləcək bu görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
 
Ağdam klubunun Şotlandiya "Aberdin"i ilə səfər görüşünə isə Avstriyanı təmsil edən hakimlər briqadası təyinat alıb. Matçı Harald Lexner idarə edəcək. Ona yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbitş kömək edəcək. Dördüncü hakim isə Yulian Vaynberger olacaq. Sözügedən qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
 
Qeyd edək ki, Azərbaycanın hər iki təmsilçisi cavab oyunlarına avqustun 26-da çıxacaq. İlk matçlar isə avqustun 19-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest