Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Namiklə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/21 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest