"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının ilk turunda "Lids"i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə edib.
 
Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın tarixində bunu bacaran ilk oyunçu olub. Daha əvvəl MY-də heç bir futbolçu bir matçda 4 məhsuldar ötürmə edə biməyib.
 
"Mançester Yunayted" – "Lids" matçında Bruno Fernandes het-trik edib, Meyson Qrinvud və Fred isə hərəyə bir qol vurub. "Lids"in yeganə qoluna Eylinq imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest