"İnter"dən ayrılan Raca Nainqqolan karyerasını Belçikada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Antverpen"lə razılaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Nainqqolanla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Nainqqolan 2018-ci ilin yayından "İnter"də idi. O, ötən mövsüm icarə əsasında "Kalyari"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest