İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Arsenal"dan Co Uilloku transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, yeni komandasında "28" nömrəli formanı geyinəcək.
 
Uillok ötən mövsümü icarə əsasında məhz "Nyukasl"da keçirib. Futbolçunun "transfermarkt"da dəyəri 16 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest