Sabah Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək. Matc.az xəbər verir ki, ilk 3 yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
 
Bu gün güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
 
57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya)
 
61 kq
Təsnifat: Əliabbas Rzazadə - Salamat Malikov (Qazaxıstan)
 
65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan)
 
70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan)
 
74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya)
 
79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya)
 
86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan)
 
92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova)
 
125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan)
 
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest