Avqustun 14-də Bilgəh çimərliyində "Kings of sand" kuboku keçirilib. Matc.az xəbər verir ki, çimərlik güləşi üzrə keçirilən yerli yarış 4 çəkidə baş tutub.
 
Azərbaycan Güləş Federasiyası və Su İdmanı Sarayının birgə təşkilatçılığıyla keçirilən turnirdə ilk 3 yeri tutan güləşçilərə medal, diplom və pul mükafatları təqdim olunub. Görüşlər AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub. çimərlik güləşi üzrə yığmanın baş məşqçisi Oyan Nəzəriani, məşqçi Ağahüseyn Mustafayev və yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzovun nəzarəti altında keçirilən yarış gərgin mübarizə şəraitində keçib. Medalçılarla tanış olun:
 
50 kq  
1. Ruslan Abdullayev
2. Hacı Kərimov
3. Şahin Quluzadə
 
70 kq
1. Rübail İbrahimli
2. Babək Hüseynli
3. İsbər Əkbərli
 
80 kq
1. Fərid Cabbarov
2. Səbuhi Əmiraslanov
3. Omid Kamaliaqdam
 
90 kq
1. İbrahim Yusubov
2. Tuncay Vəzirzadə
3. Zəfər Əliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest