16 Avqust 2021, 00:31
DÖYÜŞ NÖVLƏRİ
Avqustun 16-da Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başlayacaq. Matc.az xəbər verir ki, mundialda iştirak edəcək qızlardan ibarət millimiz ötən gün Rusiyaya yollanıb.
Məsul yarışda böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gültəkin Şirinova (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) qüvvəsini sınayacaq.
Avqustun 18-də Gültəkin Şirinovayla Jalə Əliyeva xalça üzərinə çıxacaq. Ertəsi gün isə Elnurə Məmmədova, Birgül Soltanova və Nigar Mirzəzadə mübarizəyə qoşulacaq.