Fransanın "Lill" komandasının və Portuqaliya yığmasının futbolçusu Renato Sançes sıradan çıxıb.
 
Matc.az xəbər verir ki, dizindən zədə alan 23 yaşlı yarımmüdafiəçinin əməliyyat olunacağı gözlənilir. Bu barədə Fransanın "Lequipe" nəşri məlumat yayıb. Renato sentyabr ayının ortalarına qədər yaşıl meydanlardan uzaq qalacaq.
 
Yarımmüdafiəçi Portuqaliya yığmasının Dç-2022-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 1-də İrlandiya və 7-də Azərbaycana qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest