Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Serbiyanın "Srvena Zvezda" komandası doğma meydanda Rumıniyanın "çFR Kluj" kollektivini qəbul edib. Meydan sahibləri bu oyunda 4 cavabsız qola seviniblər.

Pley-off mərhələsinin digər oyunları 18 və 19 avqustda keçiriləcək. 3-cü mərhələdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə "Fənərbaxça" ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən "Qalatasaray"ın rəqibi isə Danimarka "Randers"i olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" pley-offda çexiyanın "Slaviya" komandası ilə üz-üzə gələcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – çFR Kluj (Rumıniya) 4:0

18 avqust

22:45. Seltik (Şotlandiya) – Alkmaar (Niderland)

19 avqust

21:00. Slaviya (Praqa, çexiya) – Legiya (Polşa)
21:00. Omoniya (Kipr) – Antverpen (Belçika)
21:00. Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
22:00. Mura (Sloveniya) – Şturm (Avstriya)
22:45. Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya)
23:00. Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
23:00. Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan)
23:00. Rapid (Avstriya) – Zarya (Ukrayna)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest