Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub.

3-cü mərhələdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə "Fənərbaxça" ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyundan minimal hesabla qalib ayrılıb.

Türkiyənin digər təmsilçilərindən "Qalatasaray"ın rəqibi isə Danimarka "Randers"i olub. "Sarı-qırmızılar" səfərdən heç-heçə ilə dönüblər.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" pley-offda çexiyanın "Slaviya" komandası ilə üz-üzə gəlib. Dörd qolun vuruldu bu oyunda qalib müəyyənləşməyib.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – çFR Kluj (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0

19 avqust

Slaviya (Praqa, çexiya) – Legiya (Polşa) 2:2

Omoniya (Kipr) – Antverpen (Belçika) 4:2

Randers (Danimarka) – Qalatasaray (Türkiyə) 1:1

Mura (Sloveniya) – Şturm (Avstriya) 1:3

Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya) 1:0

Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya) 3:0

Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan) 1:0

Rapid (Avstriya) – Zarya (Ukrayna) 3:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest