Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Aberdin"in (Şotlandiya) idarə heyətinin sədri Deyv Kormak Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə görə UEFA-nı tənqid edib.
 
Matc.az xəbər verir ki, o, matçın keçiriləcəyi stadionu ot örtüyünün şəkillərini "tvitter" hesabında paylaşaraq, bunları qeyd edib:
 
"UEFA belə bir meydana necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirək?!"
 
Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Aberdin" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest