19 Avqust 2021, 23:07
AVROPA LİQASI
Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Qarşılaşmada hesabı da 24 yaşlı hücumçumuz açıb. O, 20-ci dəqiqədə topu qapıçının başı üzərindən tora qovuşdurmaqla komandasını hesabda önə keçirib.
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasında növbəti matçına çıxıb.
Matc.az xəbər verir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa "Slaviya"sı (çexiya) ilə oyunun iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə ilk oyunu səfərdə keçirib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.