Polşanın "Legiya" komandasının futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində "Slaviya"ya (Çexiya) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Polşanın "Legiya" komandasının futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində "Slaviya"ya (çexiya) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda ilk qolu vuran azərbaycanlı hücumçu, bunları deyib:
 
"Bir komanda daha çox topla oynayırdı, digəri isə diqqətini müdafiəyə vermişdi. Oyun çox maraqlı alındı. Cavab matçında qələbə qazanmaq üçün hər şeyi etməliyik.
 
Açığı, bu, Avropa Liqasındakı ilk qolum idi. Daha əvvəl bu turnirdə fərqlənməyi bacarmamışdım. Bu matçda qol vurmaq mənim üçün çox vacib idi. Daha nə deyə bilərəm? Hələ heç nə bitməyib. Varşada cavab oyunumuz var. çox diqqətli olmalıyıq.
 
Cavab oyunu asan olmayacaq. Bu gün rəqibin gücünü gördük. Hər şey Varşavada həll olunacaq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımıza inanıram".
 
"Legiya" – "Slaviya" matçı avqustun 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest