Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" ölkə çempionatının 7-ci turu çərçivəsində səfərdə "Milsami" ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 7 oyunda 4 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest