Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günündə daha dörd qarşılaşma baş tutub.
 
Son çempion "Beşiktaş"ın rəqibi "Qaziantep" olub. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
 
"Rizəspor" – "Fatih Karagümrük" matçında da qapılara qol vurulmayıb. "Altay" səfərdə "Alanyaspor" üzərində darmadağına sevinib. "Kasımpaşa" da "Giresunspor"dan güclü olub.
 
Türkiyə Super Liqası
2-ci tur
20 avqust
 
Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.
 
21 avqust
 
Kasımpaşa – Giresunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.
 
Rizəspor – Fatih Karagümrük 0:0
 
Qaziantep – Beşiktaş 0:0
 
Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.
 
22 avqust
 
20:15. Konyaspor – Başakşəhər
22:45. Fənərbaxça – Antalyaspor
22:45. Göztəpə – Yeni Malatyaspor
 
23 avqust
 
20:15. Trabzonspor – Sivasspor
22:45. Qalatasaray – Hatayspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest