"Səbail" Peşəkar Futbol Klubu "Fitogether" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Anlaşmaya əsasən, elektron performans izləmə sistemlərinin (EPTS ) istehsalı ilə məşğul olan şirkət ilə bağlanan müqavilənin müddəti 1 ildir.
 
"Fitogether" şirkətinin "OhCoach" sistemi FIFA "Keyfiyyət sertifikatı" proqramında dəqiqliyi və dözümlülüyü ilə yüksək qiymət alıb. Sistem həmçinin, "Beynalxalq oyun standartları sertifikatı"na (IMS) sahibdir. "OhCoach" sistemi oyunçuların hazırlığının izlənilməsi,  performanslarının qiymətləndirilməsi və faktiki analizlərin dəyərləndirilməsini özündə birləşdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest