Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Rumıniya "Styaua"sının yarımmüdafiəçisi Olimpiu Morutanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 22 yaşlı futbolçu ilə tezliklə rəsmi müqavilə imzalanacaq. Onun bu gecə İstanbula gəlməsi gözlənilir.
 
Qeyd edək ki, Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin formasını geyinən Morutan, daha əvvəl ölkəsində "Universitatya Kluj" və "Botoşani" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest