Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Aberdin" hücum xəttini gücləndirib. Matc.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Vulverhempton"un oyunçusu Austin Samuels 1 mövsümlük icarəyə götürülüb. Müqavilənin sonunda klubun 20 yaşlı hücumçunu satın almaq hüququ da var. 
 
Sürəti ilə seçilən gənc forvard son mövsümü İngiltərənin digər klubu "Bredford Siti"də icarə əsasında keçirib.
 
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Aberdin"ə 1:0 hesabı ilə qalib gəlib. Komandaların Şotlandiyadakı cavab matçı isə avqustun 26-da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest