"Yuventus" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Aaron Remzi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Komandanın məşqində zədələnən uelsli futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
 
Xatırladaq ki, Turin təmsilçisində Remzidən öncə komandanın yeni transferi Kayo Jorje də zədələnmişdi. Onun da təxminən bir ay oynamayacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest