Dç-2022-nin seçmə məhələsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santos açıqlama verib. Matc.az xəbər verir ki, Santos, dünən "Yuventus"un məşqində zədələnən Kristiano Ronaldonun durumu ilə bağlı bunları deyib:
 
"Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir.
 
Ronaldonun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. çünki millinin həkimləri bizə heç nə bildirməyib. Hansısa problemi olsaydı, ona icazə verərdim".
 
Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest