"Səbail"in yarımmüdafiəçisi Şimkus Domantas Litva millisinə dəvət olunub. Matc.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Domantas Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlar üçün Litva milli komandasının heyətinə dəvət olunub.
 
Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Bu komanda ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest