İngiltərənin "Bernli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərə yığmasının sabiq futbolçusu Aaron Lennonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Karyerası ərzində "Lids", "Tottenhem", "Everton" kimi klublarda çıxış edən Lennonun son ünvanı Türkiyə "Kayserispor"u olub. Vinger İngiltərə yığmasında 22 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest