"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Aberdin"ə (Şotlandiya) qarşı keçirdikləri cavab oyununu şərh edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Aberdin"ə (Şotlandiya) qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər. Stadiondakı atmosfer möhtəşəm idi. Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. "Aberdin"ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz "Qarabağ"lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest