Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis, 1:3 hesabıyla məğlub olduqları oyunla bağlı bunları deyib:
 
"Bizim üçün ağır dərs oldu. Bundan sonra daha yaxşı olacağıq.
 
"Qarabağ" bizdən üstün komandadır. Bunu demək ayıb deyil. Onlar əllərinə düşən hər fürsətdən yaxşı yararlanmağı bacardılar. Bəzən adi top itkilərinə yol verdik. Həqiqətən, rəqib bizi belə səhvlər etməyə məcbur etdi.
 
Futbolçularım peşəkar komandaya qarşı bir oyun keçirdi. Onlar üçün yaxşı təcrübə oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest