Türkiyənin "Başakşəhər" klubu sol cinah müdafiəçisi Aziz Behiçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
2019-cu ildən bu klubun uğurları üçün çalışan Avstraliya yığmasının üzvünə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
30 yaşlı müdafiəçinin yeni iş yeri də məlumdur. O, Super Liqanın digər təmsilçisi "Giresunspor"a transfer olunub. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
 
Qeyd edək ki, Behiç Avstraliya yığmasında keçirdiyi 40 oyunda 2 qola da imza atıb. O, Türkiyədə "Buraspor"un da fromasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest