"Yuventus"dan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldo İtaliya klubunun azarkeşləri ilə vidalaşıb. Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu, sosial şəbəkə hesabında "Yuventus"la bağlı videosunu paylaşaraq, bunları qeyd edib:
 
"Bu gün İtaliyanın ən böyüyü və Avropanın ən böyüklərindən olan "Yuventus"dan ayrılıram. Son günə qədər "Yuventus" üçün bütün qəlbimi və ruhumu ortaya qoydum. Mən hər zaman sizdən biri olacam və daim qəlbimdə yaşayacaqsız".
 
Ronaldo "Mançester Yunayted"lə 2 illik müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest