Azərbaycan çempionu "Neftçi" futbolçusu Mamadu Kanenin Yunanıstanın "Olimpiakos" klubuna transferi ilə bağlı qarşı tərəflə bütün məsələlərdə razılığa gəlib. Matc.az saytına bu barədə paytaxt klubundan məlumat verilib. Bildirilir ki, Kaneyə Pirey təmsilçisi ilə danışıqlar aparmaq üçün icazə verilib. 24 yaşlı yarımmüdafiəçi onsuz da milli komandaya dəvət olunduğu üçün "Neftçi"dən ayrılıb. Bu müddətdə futbolçunun "Olimpiakos"a transferi ilə bağlı məsələləri yoluna qoyması istisna edilmir.
 
Qeyd edək ki, Yunanıstan mətbuatı Kanenin "Olimpiakos"a keçidini tamamlamaq üçün bu ölkəyə getdiyini yazır. Pirey təmsilçisinin 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacağı bildirilir. "Olimpiakos"un Kane üçün "Neftçi"yə 300 min avro ödəyəcəyi də vurğulanır.
 
Mamadu Kane 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest