Maraqlıdır ki, rəqib komandanın heyətində də vaxtilə Azərbaycan millisinə cəlb olunmuş iki futbolçu meydana çıxıb. Söhbət İlter Taşkın ilə Timir Temeltaşdan gedir. Temeltaş sonadək oynayıbsa, Taşkın 72-ci dəqiqədə əvəzlənib. "Eyupspor"un ilk qolunu da məhz Timur vurub.

Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Eyupspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxmaqla yeni komandasında rəsmən debüt edib. Futbolçumuz 69-cu dəqiqədə əvəzlənib.
 
Bu komandanın digər yeni transferi, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budak da ilk dəqiqələrdən sonadək meydanda olub.
 
Maraqlıdır ki, rəqib komandanın heyətində də vaxtilə Azərbaycan millisinə cəlb olunmuş iki futbolçu meydana çıxıb. Söhbət İlter Taşkın ilə Timir Temeltaşdan gedir. Temeltaş sonadək oynayıbsa, Taşkın 72-ci dəqiqədə əvəzlənib. "Eyupspor"un ilk qolunu da məhz Timur vurub.
 
"Bursaspor" 3 turdan sonra 1 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest