"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi PSV-nin yarımmüdafiəçisi Məhəmməd Amine İhattareni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Amine PSV-nin yetirməsidir. O, son üç mövsümdə Niderland təmsilçisinin heyətində meydana çıxdığı 70 oyunda 9 qol vurub.
 
"Yuventus" İhattareni transfer edən kimi "Sampdoriya"ya icarəyə verib. Gənc futbolçu bu mövsümün sonunadək məhz bu klubun formasını geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest