Futbol üzrə İrlandiya milli komandasının futbolçusu Şeyn Lonq koronavirusa yoluxub. Matc.az xəbər verir ki, 34 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. O, bu səbəbdən Dç-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçını (1:2) buraxmalı olub.
 
Lonq seçmə mərhələnin Azərbaycanla oyununda da iştirak edə bilməyəcək.
 
Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest