Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 5-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə 5 qrup üzrə daha 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya millisi Gürcüstanın, Yunanıstan isə Kosovonun qonağı olub. İspanların darmadağına sevindiyi gündə qrupun digər matçı bərabərliklə bitib.

Avropa çempionu İtaliya İsveçrə ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb. C qrupunun digər matçında Bolqarıstan Litvani minimal fərqlə üstələyib.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Andorranı darmadağın edibsə, J qrupundakı Almaniya isə Ermənistanı 6 cavabsız qolla yenib.

Dç-2022-nin seçmə mərhələsi
5-ci tur
5 sentyabr

B qrupu

İspaniya – Gürcüstan 4:0
Qol: Qaya, 14. Soler, 25. F.Torres, 41. Sarabiya, 63.

Kosovo – Yunanıstan 1:1
Qol: Muriqi, 90+2 – Duvikas, 45+2.

İspaniya – 10, İsveç – 9, Kosovo – 4, Yunanıstan – 3, Gürcüstan – 1

C qrupu

Bolqarıstan – Litva 1:0
Qol: çoçev, 82.

İsveçrə – İtaliya 0:0

İtaliya – 11, İsveçrə – 7, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Litva – 0

E qrupu

Belarus – Uels 2:3
Qol: Lisakoviç, 29-pen. Sedko, 30 – Q.Beyl, 5-pen; 69-pen; 90+3.

Belçika – çexiya 3:0
Qol: Lukaku, 8. E.Hazard, 41. Salemakers, 65.

Belçika – 13, çexiya – 7, Uels – 6, Belarus – 3, Estoniya – 0

I qrupu

Albaniya – Macarıstan 1:0
Qol: Broya, 87.

İngiltərə – Andorra 4:0
Qol: Linqard, 18; 78. Keyn, 72. Saka, 84.

San Marino – Polşa 1:7
Qol: Nanni, 48 – Levandovski, 5; 21. Sviderski, 16. Linetti, 44. Buksa, 67; 90+2; 90+4.

İngiltərə – 15, Polşa – 10, Albaniya – 9, Macarıstan – 7, Andorra – 3, San Marino – 0

J qrupu

İslandiya – Şimali Makedoniya 2:2
Qol: Byarnason, 78. Qudyohnsen, 84 – Velkovski, 11. Alioski, 54.

Rumıniya – Lixtenşteyn 2:0
Qol: Toska, 11. Manea, 18.

Almaniya – Ermənistan 6:0
Qol: Qnabri, 6; 15. Roys, 35. Verner, 45. Hofmann, 52. Adeyemi, 90+1.

Almaniya – 12, Ermənistan – 10, Rumıniya – 9, Şimali Makedoniya – 8, İslandiya – 4, Lixtenşteyn – 0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest