Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Macarıstan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib. U-19 turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest