Futbol üzrə Qvineya millisinin və "Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta ölkəsindəki hərbi çevriliş səbəbindən İngiltərə klubuna qayıda bilməyib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Qvineyadakı hərbi çevriliş səbəbindən ölkədə uçuşların dayandırıldığı, bu səbəbdən də Keytanın İngiltərəyə qayıda bilmədiyi vurğulanıb.
 
Xatırladaq ki, Qvineyanın Dç-2022-nin seçmə mərhələsində Mərakeşlə oyunu da hərbi çevrilişə görə təxirə salınıb. Bu üzdən Keytanın millidə komanda yoldaşı olan Mamadu Kane də "Neftçi"nin düşərgəsinə qayıda bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest