"Komandamın son məğlubiyyətdən sonra ayağa qalxması çox önəmlidir. İstəyirəm ki, futbolçularım xarakter göstərsin. Ümidvaram ki, növbəti matçda azarkeşlər də bizimlə olacaq. Onların dəstəyi çox vacibdir"

Avstriyanın U-21 milli komandasının baş məşqçisi Verner Qreqoroviç bu gün Aç-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, yığmanın çalışdırıcısı, matçla bağlı bunları deyib:
 
"Azərbaycanla oyunda hamı bizdən qələbə gözləyir. Amma bunu etmək heç də asan olmayacaq. Halbuki çoxları oyunun asan keçəcəyini düşünür. Azərbaycanı məğlub etmək çoxunun gözlədiyi qədər də asan olmayacaq.
 
Komandamın son məğlubiyyətdən sonra ayağa qalxması çox önəmlidir. İstəyirəm ki, futbolçularım xarakter göstərsin. ümidvaram ki, növbəti matçda azarkeşlər də bizimlə olacaq. Onların dəstəyi çox vacibdir".
 
Bu gün keçiriləcək Avstriya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest